Gürcüstan Prezidenti müxalif partiyanın liderlərini əfv edib

Gürcüstan Prezidenti müxalif partiyanın liderlərini əfv edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan Prezidenti Mixail Kavelashvili müxalif “Güclü Gürcüstan – Lelo” partiyasının liderləri Badri Çaparidze və Mamuka Xazaradzeni əfv edib.

Tribunainfo.az xəbər verir ki, bu barədə Gürcüstan Prezidentinin bəyanatında bildirilib.

 

Gürcüstan Prezidenti qərarını oktyabrın 4-nə planlaşdırılan bələdiyyə seçkilərində “heç kimə məhdud rəqabətlilik barədə danışmaq üçün səbəb verməmək” istəyi ilə izah edib.

Qeyd edək ki, Badri Çaparidze və Mamuka Xazaradze parlamentin istintaq komissiyasının tələblərini yerinə yetirməməkdə ittiham edilərək həbs olunublar.