Gürcüstan parlamentində deputatlar arasında qarşıdurma olub – VİDEObackend

Gürcüstan parlamentində deputatlar arasında qarşıdurma olub – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan parlamentinin bugünkü sessiyası deputatlar arasında qarşıdurma ilə başlayıb.

APA xəbər verir ki, müxalif “Vətəndaşlar” partiyasından olan deputat Aleko Elisaşvili hakim “Gürcü Arzusu” partiyasının “xarici agentlər” haqqında qanun layihəsini yenidən parlamentə təqdim etməsinin hər kəsə qarşı təhqir olduğunu və bunun “Rusiya qanunu” olduğunu deyib.

Elisaşvilinin bəyanatını hakim partiyadan olan deputatlar etirazla qarşılayıblar, bu isə daha sonra qarşıdurmaya çevrilib.

Parlament sədri Şalva Papuaşvili deputatların “Rusiya qanunu” sözündən istifadə etməmələrini tələb edib.

Spiker daha sonra Aleko Elisaşvilini iclas zalından çıxardıb.