Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini üçüncü oxunuşda qəbul edib.
Qərar etirazlar fonunda qəbul olunub.
84 deputat qərarın lehinə, 30-u isə əleyhinə səs verib.
Qanun layihəsinə əsasən, büdcəsinin 20 faizdən çoxu ölkə xaricindən formalaşan qeyri-kommersiya təşkilatları “xarici qüvvələrin nüfuzunu həyata keçirən təşkilat” kimi reyestrdən keçməli, hər il maliyyə hesabatı təqdim etməlidir. Qanunu pozan təşkilatların 25 min lariyədək cərimələnməsi nəzərdə tutulur.