“Gürcüstan heç vaxt Azərbaycan və Ermənistan arasında vasitəçi ola bilməz”

“Gürcüstan heç vaxt Azərbaycan və Ermənistan arasında vasitəçi ola bilməz”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İlin ilk qarlı ayı, yanvar ayı Ermənistan-Gürcüstan münasibətləri üçün isti olacağını vəd edir. Ermənistanın baş naziri Nikol Paşinyan və Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşvili (yanvarın 29-da istefa verib) Tbilisidə keçirilən görüşdə ölkələr arasında strateji tərəfdaşlıq haqqında saziş imzalamaqla ikitərəfli münasibətlərin yeni səviyyəsini təsdiqləyiblər”.
Tribunainfo.az Hraparak nəşrinə istinadən xəbər verir ki, gürcü politoloq Gela Vasadze bu barədə açıqlama verib.

Onun sözlərinə görə, Yaxın tarixdə Gürcüstanla Ermənistan arasında münasibətlər həmişə qonşuluq münasibətləri olub. Münasibətlərin strateji müstəviyə keçməsinə gəlincə, arzunun özü yaxşıdır, lakin mən o münasibətlərin faktiki məzmununa baxmaq istərdim. Əgər söhbət qarşılıqlı ticarətdən gedirsə, o zaman strateji münasibətlər gömrük prosedurlarının uyğunlaşdırılmasını tələb edir ki, bu da yalnız Ermənistanın Aİİ-dən çıxması və ya Gürcüstanın Aİİ-yə qoşulması ilə mümkündür.

Politoloq əlavə edib ki, Strateji tərəfdaşlığın dərk edilməsinin özü başqa ölkələrin iştirak etdiyi strateji layihələrin olması ilə bağlıdır. 90-cı illərin sonlarından Gürcüstanın Azərbaycan və Türkiyə ilə oxşar layihələri olub və onlar müvafiq sazişlər sistemi ilə rəsmiləşdirilib. Son vaxtlara qədər Ermənistanla belə layihələri həyata keçirmək mümkün deyildi. Ümid edək ki, indi yeni imkanlardan istifadə olunacaq.

Gürcüstan Ermənistan-Azərbaycan münasibətlərində heç vaxt vasitəçi olmayıb və ola da bilməz. Bunun üçün adekvat resurslar yoxdur. Lakin Gürcüstan ən çox qonşular arasında sabit sülhün və işgüzar münasibətlərin qurulmasında maraqlıdır, çünki bu, regionun inkişafına əlavə təkan verəcək.