Ukrayna prezidenti Vladimir Zelenski diplomatik missiya rəhbərindən Saakaşvili məsələsi ilə bağlı Tbilisidə məsləhətləşmələr aparmağı tələb edib.
Tribunainfo.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenskinin keçmiş gürcü həmkarı Mixail Saakaşvili ilə bağlı atdığı addım təhqiramizdir. Bunu hakim “Gürcü arzusu” partiyasının sədri İrakli Kobaxidze deyib.
“Saakaşvilinin Gürcüstana göndərilməsində Ukrayna hakimiyyətinin konkret yüksək vəzifəli şəxslərinin əli olması özlüyündə təhqirdir və bu gün həmin hakimiyyət onun Ukraynaya qayıtmasını tələb edir”.
Xatırladaq ki, Zelenski Ukrayna Xarici İşlər Nazirliyinə Gürcüstanın səfiri Georgi Zakaraşviliyə zəng edərək, 48 saat ərzində respublikanı tərk etməsi barədə göstəriş verməyi tapşırmışdı. O, həmçinin diplomatik missiyanın rəhbərindən Saakaşvili məsələsi ilə bağlı Tbilisidə məsləhətləşmələr aparmağı tələb edib.