GÜRCÜSTAN ERMƏNİSTANDAN RUSİYAYA AVTOMOBİL İXRACINA QADAĞA QOYUB

GÜRCÜSTAN ERMƏNİSTANDAN RUSİYAYA AVTOMOBİL İXRACINA QADAĞA QOYUB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Kommersant” yazır ki, Gürcüstan Rusiyaya, o cümlədən Ermənistana avtomobil tədarükünü tamamilə dayandırıb.

Tribunainfo.az xəbər verir ki, Tbilisi hakimiyyəti avqustun 1-dən mühərriki 1,9 litr və daha çox olan Amerika avtomobillərinin, həmçinin hibrid və elektromobillərin ixracını qadağan edib.
Nəşrin məlumatına görə, ilkin olaraq Avropa avtomobilləri üçün oxşar məhdudiyyətin sentyabrın 26-dan qüvvəyə minəcəyi güman edilirdi, lakin sərhədçilər artıq Yuxarı Lars keçid məntəqəsindən avtomobilləri Rusiyaya buraxmırlar.

Ukraynada münaqişə başlayandan sonra 2023-cü ilin birinci yarısında Gürcüstandan Rusiyaya avtomobil ixracı təxminən dörd dəfə artaraq 3780 ədədə çatıb. Bununla belə, Ermənistana ixrac daha əhəmiyyətli artım, demək olar ki, 12,5 dəfə, yəni 10 min ədəddən çox artıb.

Buna səbəb Rusiya ixracatçılarının dolama yollardan istifadə etməsidir: maşınları Gürcüstana gətirib Ermənistana aparıblar, orada gömrükdən keçirib Yuxarı Lars sərhəd keçidindən Rusiyaya göndəriblər.
“Kommersant” yazır ki, Gürcüstandakı qadağadan sonra avtomobillərin Qazaxıstan və ya Qırğızıstan vasitəsilə idxal ediləcəyi gözlənilir və əlavə edib ki, Gürcüstan tərəfinin qadağası avtomobillərin qiymətinə təsir etməyəcək.