Gürcüstan DİN: Marneulidəki silahlı insidentin siyasətlə əlaqəsi yoxdur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın daxili işlər naziri Giorgi Mqebrişvili Marneuli rayonunun Qızılhacılı kəndində baş vermiş silahlı insidentin siyasətlə heç bir əlaqəsinin olmadığını bildirib

 

Gürcüstanın daxili işlər naziri Giorgi Mqebrişvili Marneuli rayonunun Qızılhacılı kəndində baş vermiş silahlı insidentin siyasətlə heç bir əlaqəsinin olmadığını bildirib

APA-nın yerli bürosunun məlumatına əsasən, nazir insidentlə bağlı istintaqın davam etdiyini deyib.

“İstintaqın detalları barədə danışa bilmərəm. Baş vermiş hadisə siyasətdən tamamilə uzaqdır”,- deyə nazir söyləyib.

Xatırladaq ki, oktyabrın 19-da gecə naməlum şəxslər hakim “Gürcü Arzusu” partiyasının Marneuli rayon bələdiyyə üzvlüyünə Qızılhacılı kəndi üzrə majoritar namizədi Ceyhun Çovdarov və onu müşayiət edən 4 nəfərə atəş açıblar. Onların hamısı güllə yarası alıb. Hadisə “Gürcü Arzusu” partiyasının kənddəki qərargahı yaxınlığında baş verib.

Bildirilir ki, xəstəxanada olan C. Çovdarovun vəziyyəti stabildir. Daha iki nəfər yaraları ağır olmadığından evə buraxılıb.