Gürcüstan çalxalanır.Tribunainfo.az-a danışan siyasi şərhçi Fuad Əliyev bildirib ki, ölkə inqilaba hamilə deyil. Ekspertin fikrincə, baş verənlər qanun layihəsinə etirazdır və hadisələr hakimiyyət dəyişikliyinə səbəb olmayacaq. Bununla belə, F. Əliyev istisna etmir ki, payızda keçiriləcək seçkilərdə hakim “Gürcü arzusu” partiyası ciddi səs itirə bilər. “Gürcüstanda müxalifətin xarizmatik və qətiyyətli siyasi lideri yoxdur. Ona görə etirazlar baş tutsa da, ortaya prosesi irəli aparan lider çıxmır. Hazırda oradakı qüvvələrə Saakaşvili kimi bir populyar rəhbər lazımdır. Amma “Mişa” özü də əvvəlki nüfuzunu saxlaya bilməyib. Düzdür, azadlığa buraxılsa, narazı elektoratı ətrafına toplaya bilər, lakin indiki şəraitdə yeni lider yetişməlidir. O baxımdan hakimiyyətin reytinqi aşağı düşsə də, müxalifətin də lider problemi qalır. Bu vəziyyətdə yalnız hazırkı prezident Salome Zurabişvili dövlət başçısı postundan istefa verib müxalifətə qoşulmaqla etirazçıların liderinə çevrilə bilər”-, siyasi analitik belə deyib.
Roman