Gürcüstanın paytaxtı Tiflisdə Ukrayna Qəhrəmanı Aleksandr Matsievskinin abidəsi qoyulub.
Tribunainfo.az yazır ki, Matsievski “Slava Ukrayna” dedikdən sonra ruslar tərəfindən güllələnmişdi. Ona 2023-cü ildə ölümündən sonra “Ukrayna Qəhrəmanı” adı verilib.
Matsievski 2022-ci il dekabrın sonlarında Rusiyanın Ukraynaya hücumu zamanı Baxmut döyüşlərində rus əsgərləri tərəfindən öldürülmüşdü.