Gürcüstan müxalifətinin liderlərindən biri Nika Meliya dünən axşam paytaxt Tbilisidə keçirilən etiraz askiyasında bəyan edib ki, parlament seçkilərinin nəticələrinə qarşı fasiləszi etirazlara start verir.
Onun sözlərinə görə, onlar “rejimi devirəcək bir güclü etiraz hərəkatı” yaratmaq niyyətindədirlər. Bu gün də aksiya iştirakçıları Tbilisi İdman Sarayında toplaşacaqlar.
“Hər gün küçədə olacağıq. Heç kimi parlamentə buraxmayacaq qədər çox olmalıyıq, ancaq yalnız Rustavelidə dayanmaq kifayət deyil, biz bütün prospektlərdə dayanmalıyıq”, – Meliya deyib.
Ehtimallara görə, müxalifət şəhərin əsas nəqliyyat arteriyalarını bağlamağı planlaşdırır.
Qeyd edək ki, müxalifət tərəfdarları Tbilisinin mərkəzindəki Barataşvili körpüsündə nəqliyyatın hərəkətini dayandırıblar, daha sonra Marcanişvili meydanına doğru yürüş ediblər.