Gürcü ekspertdən tükürpərdən açıqlama – İran və Azərbaycan müharibə etsə…

Gürcü ekspertdən tükürpərdən açıqlama – İran və Azərbaycan müharibə etsə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanda fəaliyyət göstərən Rondel Fondunun rəhbəri Kaxa Qoqolaşvili hesab edir ki, İranla Azərbaycan arasında hərbi münaqişə başlasa, Tbilisi çətin seçim qarşısında qalacaq.

Tribunainfo.az “Hraparak” nəşrinə istinadən xəbər verir ki, Qoqolaşvili hesab edir ki, Gürcüstan Türkiyə və Azərbaycana kömək etsə, onun İran, Ermənistan və Rusiya ilə problemləri olacaq.

Onun sözlərinə görə, Türkiyə mütləq Gürcüstandan Azərbaycan ordusuna dəstək vermək üçün öz qoşunlarının keçməsinə icazə verməsini tələb edəcək.

“İranla Azərbaycan arasında hərbi münaqişə başlayarsa (bunun üçün kifayət qədər səbəblər var), Türkiyə bizdən mütləq Azərbaycan ordusuna dəstək olmaq və hava məkanından istifadəni təmin etmək üçün öz qoşunlarının keçməsinə icazə verməmizi istəyəcək. Türkiyə və Azərbaycana kömək etsək, dərhal İran, Ermənistan və Rusiya ilə problemimiz olacaq. İran hətta bizim dəmir yollarımızı və avtomobil yollarımızı pilotsuz təyyarələr və raketlərlə hədələyə bilər”, – gürcü ekspert qeyd edib.

Onun fikrincə, Gürcüstan Türkiyə və Azərbaycandan imtina etsə, Tiflisin bu iki strateji tərəfdaşla problemləri olacaq. İsrail və ola bilsin ABŞ-la da problemlər ola bilər.

“Rusiya da Zəngəzur dəhlizini qorumaq üçün Ermənistana dəhlizdən keçmək istərdi. Üstəlik, 2020-ci il müqaviləsinə (Qarabağda atəşkəs – red.) əsasən bunu etməyə borcludur.

Mən heç nəyi sübut etməyə çalışmıram. Sadəcə, güman edirəm ki, biz tərəf seçməli olacağıq, çünki bu vəziyyətdə artıq tarazlıq saxlamaq mümkün deyil. Bəlkə indi Türkiyədən və Qərbdən hərbi yardım istəmək və arzuolunmaz ssenariyə daha yaxşı hazırlaşmaq daha yaxşıdır”, – Qoqolaşvili deyir.

 

Dəniz