GÜRCÜ EKSPERT: GÜRCÜSTAN Aİ-YƏ ÜZVLÜKDƏ ERMƏNİSTANDAN DAHA AZ MARAQLIDIR

GÜRCÜ EKSPERT: GÜRCÜSTAN Aİ-YƏ ÜZVLÜKDƏ ERMƏNİSTANDAN DAHA AZ MARAQLIDIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Belə bir təəssürat yaranır ki, Gürcüstan Aİ-yə üzvlükdə Ermənistandan daha az maraqlıdır”.

Tribunainfo.az-ın məlumatına görə, bu barədə Gürcüstanın “Geocase” analitik mərkəzinin rəhbəri Viktor Kipiani dekabrın 5-də İrəvanda “Yeni regional reallıqlar” və “Dünyanın kəsişməsi” mövzusunda konfrans zamanı bildirib.

Onun sözlərinə görə, bu cür hadisələr regiondakı vəziyyəti ciddi şəkildə dəyişəcək və Ermənistan dünyanın digər regionları ilə əlaqələri baxımından qonşu dövlətlər üçün mərkəz rolunu yaxşılaşdıracaq.

Ekspertin fikrincə, Cənubi Qafqaz regionu müəyyən dərəcədə qlobal proseslərdən qopub və Paşinyanın təşəbbüsü bunu dəyişmək yolunda mühüm əhəmiyyət kəsb edir.

Kipiani əlavə edib ki, Gürcüstan Ermənistan-Azərbaycan məsələlərində bərabər mövqe tutur və vaxtaşırı vasitəçi olmaq üçün jestlər edir.

O, Rusiyanın rolunu nəzərdən qaçırmamağa çağırıb.

“Bu, heç kimin doldura bilməyəcəyi havasız bir boşluq yaradır. Gürcüstanla Rusiya arasında münasibətlər öz xarakterindədir, lakin biz Qərblə münasibətləri inkişaf etdirməyə yönəlmişik”, – o vurğulayıb.