Günvurmanın əlamətləri və qorunma yolları – EKSPERT

Günvurmanın əlamətləri və qorunma yolları – EKSPERT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Anomal istilərdən dolayı çox insan günvurmadan əziyyət çəkir. Bunun əlamətləri nələrdir? Necə qorunmaq lazımdır? Çox insan düşünür ki, günvurma günəşin başa təması nəticəsində yaranır. Halbuki dənizdə də bu baş verir. Bədən də günə məruz qalır. Yanıqların qabağını almaq üçün nə etmək lazımdır?

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən tibb üzrə ekspert Rasif Bağırov bildirib ki, biri var günvurma, biri də var istilikvurma. Günvurma zamanı günəş şüasının bilavasitə başa təsiri nəticəsində, mərkəzi sinir sistemində keçici qan dövranının pozulmasına səbəb olur.

R. Bağırovun sözlərinə görə, belə hallarda xəstədə güclü baş ağrıları, temperaturun qalxması, başgicəllənmə və güclü halsızlıq meydana gəlir. Nəticədə xəstə özünü pis hiss edir. Bəzən də huşunu itirərək yerə yıxıla bilir.

“Bəli, günvurma dənizdə də baş verir. Əgər insanlar dənizdə olarkən tez-tez suya batıb çıxmırsa, başını isladaraq temperatur fərqini normallaşdırmırsa bədən suda olmağına baxmayaraq başına güclü şəkildə günəşin təsiri dəyir və günvurma əlamətləri meydana çıxır.

Günəşin ultrabənövşəyi şüalarından qorunmaq üçün ilk növbədə səhər saat 11:00-a qədər günün altında gəzmək olar. 11:00-dan 15:00-a və ya 16:00-a qədər ultrabənövşəyi şüaların daha güclü düşdüyü məqamlar olur. Çünki həmin dövr şaquli istiqamətdə düşən günəş şüarlarına təsadüf edilir. Bu vaxtlarda günəşin altında durmaq olmaz. Gün vuran şəxsi tez bir zamanda kölgəyə çəkmək, yaxasını açmaq, üzünə sərin su vurmaq lazımdır. Eyni zamanda dərhal həkimə də müraciət etmək lazımdır. Günvurma ciddi məsələdir. Qorunmaq üçün başda mütləq rəngli və günü qaytaran papaq olmalıdır. Həmçinin insanlar mütləq yanlarında su gəzdirməlidir. Su bədəndə qanın sirkulasiyasını təmin edir və günün şüarlarına cavab verə bilir”.

 

Dəniz Pənahova