Günün qoroskopu: Uzaqgörən və soyuqqanlı olun

Günün qoroskopu: Uzaqgörən və soyuqqanlı olun

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qoç – İşlərin yeni ritmi üçün təkanları təmin edən dəyişikliklərə izafi diqqət gərəkdir. Reaksiyanız iti olmalıdır. Əməkdaşlığı dürüst planlaşdırın, görüləsi işi dəqiq paylaşdırın.
İşdə dominant mövqe tutmağa çalışmayın. Təvazökar olun, sadəliyə üstünlük verin.
Bəzi hadisələri əvvəlcədən təxminləyə biləcəksiniz.
Situasiyaya təmir rıçaqlarını zəiflətməyin.
Şəxsi münasibətlərdə təşəbbüskar olun. Belə şans spontan da yarana bilər.

Buğa – İşlər və münasibətlər ciddi yanaşma tələb edir. İdeyanızı təkmilləşdirərək reallıq ehtimalı yüksək səviyyəyə gətirə bilsəniz, uğur qazanacaqsınız. Təfərrüatlara fikir verin.
Günün ikinci yarısında əldə edəcəyiniz məlumat faydalı və məzmunlu olacaq.
Görüş və danışıqlar üçün sərfəli gündür. Aydınlaşdırmaq və sonra da unutmaq istədiyiniz problemləri müzakirə edin.
Yaxın gələcəklə bağlı planları səbatlı hala salın.
Alış-veriş üçün uğurlu vaxtdır.
Ev işləri ilə məşğul olun, ailə üzvlərinə qayğı göstərin.
Axşam saatlarında evdə istirahət edin.

Əkizlər – Cari işlərlə məhdudlaşsanız da, mümkün qədər çox iş görməyə çalışın. Səliqəli çalışın, hər işi sona çatdırın.
Hərəkət aktivliyində xeyir var. Amma əlavə işlərin sayını artıraraq özünüzü yormayın.
Bəzi məqamlar stressə səbəb olsa belə, səylərinizin nəticəsi pozitiv olacaq. Problemlərlə yanaşı, yeni, maraqlı ideyalar və bu ideyaları gerçəkləşdirmək istəyən insanlar yaşam arealınızda peyda olacaqlar.
Boş vaxtınız olarsa, dincəlin.
Axşam saatlarında aktiv istirahəti seçin.

Xərçəng – Ətalətli və tənbəl olmayın. Böyük işə başlamaq üçün yetərincə enerjiniz var. Qəfil xəbər, ideya, diqqətin yeni detallara yönəlməsi və hətta planlarda dəyişikliklər ola bilər.
Yaradıcı insanlar, maraqlı ideyanı reallaşdırmaq istəyən şəxslər üçün yaxşı gündür.
Təkrarsız fikir, təbiilik, qərarlardakı spontanlıq təəssüratları artıra bilər.
Həmfikirlərinizlə birlikdə bir tədbirə qatıla bilərsiniz.
Emosiyaların dalğalanması istisna deyil. Hisslərin izharından yararlanmağa çalışın.
Günün ikinci yarısında problemin həllini intuitiv olaraq aşkarlayacaqsınız.
Problemli sahəni aşkarlasanız, bu barədə tərəfdaşa da məlumat verin.

Şir – Maddi perspektivlər yaxşılaşır, imkanlar artır. Diqqətli, səliqəli və qətiyyətli olun. Bir işi yarımçıq qoyaraq başqasına başlamayın. Prioritetləri müəyyənləşdirin.
Ehtiyac yaranarsa, həmkar və ya yaxınlarınızdan birini yardıma çağırın. İşləriniz və problemlərinizin bir hissəsini onlara həvalə edə bilmək üçün diplomatik qabiliyyətlərinizi işə salın.
Günün ikinci yarısında ən faydalı məqam işlərdə fəndgir davranmaq, sərfəli məqamlardan istifadə etmək və sırf maddi dəyərləri təhlil etməkdir.
Münaqişələrə qatılmayın, ailə üzvləri ilə mübahisə etməyin.
Dostlar maraqlı ideyalar səsləndirərək sərfəli məsləhətlər verə bilərlər.

Qız – Mühüm olay vəd edən gündür. Dəyişikliklər və ya fəaliyyət obyektinin rekonstruksiyasına başlayın. Münasibətlərdəki yeniliklər perspektivlərinizə də müsbət təsir edəcək.
Faydalı əməkdaşlıq, əvvəllər həyata keçirilmiş layihələrdən dividendlərin əldə edilməsi istisna deyil.
Günün ikinci yarısında səhvlər aşkarlanacaq və siz dürüst addımların məntiqi ardıcıllığını anlayacaqsınız. Məhsuldar tərəfdaşlıq üçün yeni imkanlar yaranır.
Çoxdan başladığınız layihəni və ya indi gördüyünüz işi təkmilləşdirin.
Dəyişikliklər perspektivdə yüksək nəticələrə səbəb ola bilər.

Tərəzi – Yaşam və fəaliyyətlə bağlı mövqelərinizlə dünyagörüşünüzdə dəyişikliklər etmək zamanıdır. Yeni perspektivlər var, hiss edirsiniz?!
Hadisələrin axarı təşəbbüs və istəklərinizdən asılı deyil.
Əsas odur ki, seçim zərurəti ilə qarşılaşsanız, təlaşa düşməyin və düşünülmüş addım atın.
Gözlənilməz görüş, münasibətlərlə işgüzar əlaqələrin bərpası mümkündür.
Kənar şərtlər olayların uğurlu inkişafına təkan verə bilər. Bir şərtlə ki, tələsməyəsiniz, həmsöhbətinizə diqqətlə qulaq asasınız.
Əlavə işdən boyun qaçırmayın.
Poçtu yoxlayın – uzaqdan xəbərlər gələ bilər.
Ev işləri və ailə qarşısındakı öhdəliklərin yerinə yetirilməsində diqqətli olun.

Əqrəb – Gün dəyişikliklər vəd edir. Yaşam arealınızın keyfiyyətini artırın. Artıq başladığınız işin rekonstruksiyası ilə məşğul olun.
Təşəbbüsünüz bir neçə istiqamətə yönəlməlidir. Eyni vaxtda, fərqli layihələrə qatılmaq olar. Dəstək almaq, yeni tərəfdaş qazanmaq şansları var.
İlk baxışdan təsadüf təsiri bağışlayan görüş, məktub və danışıqlara fikir verin.
Baş çəkməyi arzuladığınız yer varmı?
İnformasiya gələn kanalları açıq saxlayın, sizinlə təmasda olmaq istəyən insanla əlaqə saxlayın.
Səhhətinizə fikir verin.
Pəhrizə başlamaq olar.

Oxatan – Yeni işə başlamaq üçün əlverişli zamandır. Qıcıq, səbəbsiz təşviş, işlərin cari vəziyyəti ilə bağlı narazılıq hissləri yarana bilər.
Kiçik və önəmsiz detallara izafi fikir verərək diqqətinizi yayındırmayın. Mövqelərinizi daha səbatlı, daha möhkəm edin.
Yaxın gələcəkdə özünüzü daha qətiyyətli hiss etməyiniz üçün usanmadan irəliləyin.
Tərəfdaşlardan biri mühüm dəyişikliklərə başlayacaq. Əməkdaşlığın genişləndirilməsi üçün konkret addımlar atmaqda fayda var.
Fəaliyyətinizi səhih təşkil edin. Toplantılara qatılın, faydalı əlaqələrin sayını artırın.
Səhhətinizi qoruyun. İnfeksiya, zökəm istisna deyil.

Oğlaq – Yerinə yetirdiyiniz iş nəzərdə tutduğunuzdan artıq vaxt tələb edə bilər. Fəqət sizi maraqlandıracaq yeni nüanslar aşkarlanır.
Əlavə işə başlamaq, unudulmuş planları xatırlamaq olar. İstəklərinizdə və tələblərinizdə intuisiyanıza güvənin. Ünsiyyətə ehtiyac yaranarsa, bələd olduğunuz çevrəni seçin.
Günün ikinci yarısında dostlarla görüş uzunmüddətli, perspektiv planlardan birinin əsasını qoya bilər. Dəyişikliklərdən xəbər verən məqamlara diqqət yetirin.
Alış-veriş etmək olar.
Axşam saatlarını xoş məclisdə keçirin.

Dolça – İşdə rəhbəriliklə söhbət və problemlərin müzakirəsi üçün əlverişli vaxtdır. Qarşılıqlı maraqlarınızın olduğu insanlarla təmaslarda səmimi olun, sirləri gizləməyə çalışmayın.
Gərginlikdən tam qurtulmaq mümkün deyil. Problemli situasiyanın çözülməsi maraqlarınıza cavab verir.
Zərərli və təhlükəli təsirlərə, təzyiqlərə müqavimət göstərin.
Emosiyaların qərarlarınıza diqtəsinə imkan verməyin.
Uzaqgörən və soyuqqanlı olun.
Çətin məsələlərin həllində mütərəqqi metodlardan istifadə edin. Səbr və təmkin bugünkü fəaliyyətinizdə əsas amillər olmalıdır.

Balıqlar – Yaşam arealınızın genişləndirilməsinə ehtiyac duyulur. Yaranan imkanlardan faydalanın. Səfər və ya ezamiyyət rutin hisslərdən qurtulmağınıza yardım edə bilər.
Mühüm əhəmiyyət daşıyan mövzuları inkişaf etdirin. Uzaqdakı tərəfdaş və ya qohumla söhbət zamanı dilə gətirilən önəmli məqam potensialınızın izharına təkan verəcək.
Hansısa önəmli tapşırığın və ya sifarişin öhdəsindən gələ bilmirsinizsə, dayağa və yardıma ehtiyacınız var. Yaxşı bacardığınız işi görün.
Yaradıcılıq fəaliyyəti üçün obyekt arayın. Hələlik öhdəsindən gələ bilmədiyiniz işə çox fikir verməyin.