Günün qoroskopu: Səhhətinizə fikir verin, iştahınızı nəzarətdə saxlayın

Günün qoroskopu: Səhhətinizə fikir verin, iştahınızı nəzarətdə saxlayın

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qoç – Gün başgicəlləndirici uğurlar vəd etməsə də, yetərincə əlverişli və rəvandır. Sizə əziz insanlarla ünsiyyət xoş təəssüratlar yaradacaq. İndiyədək sizi çətinliklə anlayan insanlarla ümumi dil tapa biləcəksiniz.

Qəfil etiraflar və gözlənilməz açıqlamalar eşidə bilərsiniz.

Xırdalıqlara sevinin, ən kiçik səbəbdən yararlanaraq nikbin olmağa çalışın. Bəxtəvərliyin nə olduğunu anlayacaqsınız.

Alış-veriş üçün əlverişli zamandır.

Yaxınlarınıza xoş sürprizlər edin.

Buğa – Bu günü məhsuldar adlandırmaq çətindir. Süst və bədgüman olmayın, işlərə aktiv başlayıb onları başa vurmağa çalışın. Nəticələr ürəkaçan olmasa da, bədbinliyə qapılmayın. Tənbəlliyi üstələyərək çoxdan bəri yarımçıq qalan işləri bitirin, problemləri həll edin.

Yeni çətinliklərlə üzləşəndə geri çəkilməyin.

Ailə üzvlərindən biri ilə mübahisələr istisna deyil. Davranış və qərarlarınızdan hamı razı deyil. Lakin münaqişələrə yol verməmək və harmonik münasibətləri qorumaq üçün səy göstərin.

Əkizlər – Çoxdan bəri planlaşdırdığınız işi yetərli səviyyədə sonuclandırmaq üçün əlverişli gündür. Planlarınız və ideyalarınız barədə etibar etdiyiniz insanı qismən də olsa, məlumatlandıra bilərsiniz.

Rəğbət bəslədiyiniz insanın qəlbinə yol tapa bilərsiniz.

Qəfil hədiyyə sizi sevindirəcək.

Günün ikinci yarısında intizam, soyuqqanlı davranış və təmkin tələb olunur. Əks təqdirdə diqqətinizi tələb edən işlərin öhdəsindən gələ bilməyəcəksiniz.

Peşəkar fəaliyyətiniz, işinizin inkişafı və biznesinizin stabilləşməsi ilə bağlı yeni ideyalar yaranacaq.

Xərçəng – Mühüm məsələlərin həlli üçün uğurlu gündür. Uzunmüddətli planlar qurmaq, onların həyata keçirilməsinə başlamaq olar. Məhsuldar və effektiv çalışın. Liderlik məziyyətlərinizi nümayiş etdirərək başqalarını da işdə aktiv çalışmağa sövq edin.

Günün ikinci yarısında maliyyə çətinlikləri yaranacaq. Lakin narahat olmayın: problemlər müvəqqətidir. Situasiya az sonra stabilləşəcək.

Axşam saatları normal istirahət edin.

Şir – Çətin gündür. Qarışıq, mürəkkəb situasiyadır, birmənalı olmayan qərarlar verilir. Bütün bunlara rəğmən, problemlərin həllini inandığınız insanlar və qohumlarla, habelə dostlarla bölüşərək irəliləyə bilərsiniz. Sadə həllər əksər hallarda ən uğurlu çözüm variantıdır. İzafi baş sındırmağa ehtiyac yoxdur.

Şəxsi münasibətlərdə başqasının fikrini və ya mövqeyini qulaqardına vuraraq yalnız öz bildiyinizi etməyin.

Yaxınlarınızın bəzi məsləhətlərinə qulaq asın. Belədə bəzi səhvlər və anlaşılmazlıqlardan qurtula bilərsiniz.

Qız – Yaxşı tanımadığınız insanlarla ünsiyyət üçün yaxşı gün deyil. Əvvəllər münasibətləriniz rəvan olmadığı insanlarla təmaslar qurmağa dəyməz. Ailədəki münaqişə və mübahisələrin qarşısını alın. Güzəştə gedin, həssas və qayğıkeş olun.

Yaxın ətrafınızdakı insanların problemlərindən hali olmağa çalışın.

Bu gün başlanan əlaqələr və tanışlıqlar az sonra yaşamınızda önəmli rol oynaya bilər. Yaşam potensialının səviyyəsi bir qədər aşağıdır.

Axşam saatlarında sakit istirahətə üstünlük verin.

Tərəzi – Şəxsi həyatınızda ciddi dəyişikliklər və yeniliklər ərəfəsindəsiniz. Taleyinizdə önəmli mərhələ rolunu oynaya biləcək görüş baş tuta bilər.

Orqanizminiz indi infeksiyalar və xəstəliklər qarşısında xüsusilə həssasdır. Onun “möhkəmlik sınağı”na çəkməyin.

Zərərli vərdişlərdən əl çəkin, sağlam həyat tərzini seçin.

 

Axşam saatlarında ailə ilə birlikdə istirahət edin.

Əqrəb – Şəxsi münasibətlər baxımından uğurlu gün deyil. Ehtiyatlı olun, yaxın saydığınız insanlarla münaqişə etməyin. Səhvlərə yol verməməyə çalışın.

Planlaşdırılmamış səfər və ya səyahət məsləhət deyil. Belə “macəra” çox vaxt alacaq, xoş təəssürat verməyəcək.

İstirahət etmək, məzuniyyətə çıxmaq, dincəlmək istəyirsiniz.

Axşam saatlarında təşkilati məsələlərlə məşğul olun.

Oxatan – İşlər çox, yaşam potensialının səviyyəsi isə aşağıdır. Heç bir işi təxirə salmayın, sabaha saxlamayın. Tər içində çalışsanız da, ruhdan düşməyin.

Günün ortalarında yorğunluq hiss edəcəksiniz.

Bir qədər istirahət edin. Qüvvələriniz bərpa olunsun.

Bütün işləri təkbaşına görməyə lüzum yoxdur. Yardım çağırışı ilə müraciət edə biləcəyiniz insanlar yanınızdadırlar.

Maraqlı tanışlıqlar olacaq və qarşınızdakı insanın kimliyini elə ilk dəqiqələrdən anlayacaqsınız.

Günün ikinci yarısında alış-veriş və maliyyə məsələlərinin həlli məsləhət deyil.

Oğlaq – Günün ilk yarısı uğurludur. Başladığınız işlərdə irəliləyişlərə nail olaraq yaxın ətrafınızdakı insanları sevindirə bilərsiniz.

Ailə üzvlərinizdən biri ilə bağlı xəbər sizi sevindirəcək.

Qəfil aldığınız dəvətdən imtina etməyin.

Şəxsi həyatınızda yeniliklər istəyirsiniz. Dəyişikliklər arzusu məntiq və reallıq həddini keçməsin.

Həssas və qayğıkeş olun.

Dolça – Sizi çoxdan maraqlandıran suallara cavab və dəyərli məlumatlar alacaqsınız. Rəğbət bəslədiyiniz insanın sizə münasibətini öyrənəcəksiniz. Günün axarı rəvandır, problemlər yaratmır. Yeni tanışlıqlar əlverişli təmaslar və perspektivlər vəd edir.

Sizinlə eyni sahədə işləyən insanlarla əlaqələri intensivləşdirin. Qeyri-formal şəraitdə söhbət yeni əməkdaşlığın əsasını qoya bilər.

Səhhətinizə fikir verin, iştahınızı nəzarətdə saxlayın.

Axşam saatlarında aktiv istirahəti seçin.

Balıqlar – Günün ilk yarısı həyəcan və təşviş, narahatlıq zamanıdır. Xoşagəlməz situasiyalar yarana bilər. Özünüzdə nəyisə dəyişmək, ətrafınızdakı insanlarla münasibətlərdə yeni aksentləri müəyyənləşdirmək gərəkdir. Bütün bunları gerçəkləşdirməyin yollarını arayın.

Günün ikinci yarısına yaxın emosional fon stabilləşir, əhvalınız yaxşılaşır. Həyat yenidən xoş və rahat təsir bağışlayır.

Mürəkkəb və mühüm işləri planlaşdırmayın.

Bir qədər dincəlin, istirahət edin. Yaxın günlərdə gümrah və aktiv olmalısınız.