Günün qoroskopu: Qıcıqlı davranmayın

Günün qoroskopu: Qıcıqlı davranmayın

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qoç – günün ilk yarısında yaranan müəyyən anlaşılmazlıqlara rəğmən uğurlu gündür. Nailiyyətlər əldə edəcəksiniz. Enerjili, çevik olun. Həyata keçirilməyə layiq bir neçə ideya var. Dostlar da maraqlı təkliflərlə çıxış edəcəklər.

Günün ikinci yarısında diqqət mərkəzində olacaqsınız. Yaxın ətrafınızdakı insanlar sizə can atacaqlar. Yeni tanışlıqlar istisna deyil. Münasibətlərdə həssas və sayıq olun. Yaşam təcrübəniz karınıza gələcək. Emosiyaların əsiri olmayın.

Buğa – yetərincə sakit gündür. Son həftələrdə reallaşdırmağa çalışdığınız planları həyata keçirə bilərsiniz. Dostlar və yaxınlarınıza yardım üçün müraciət edə bilərsiniz. Çətinliklə qarşılaşdığınızı görən kimi onlar sizə dəstək olacaq, kömək edəcəklər. Xoş xəbərlər alacaqsınız. Gəlirlər istisna deyil.

Günün ikinci yarısında işgüzar tərəfdaşlıq məsələlərini qeyri-formal şəraitdə müzakirə edə bilərsiniz. Axşam saatlarını evdə keçirin. Fiziki və emosional istirahətə ehtiyacınız var.

Əkizlər – mürəkkəb gündür. Əhəmiyyətli olay baş verməyəcək. Yeni təəssüratlara və pozitiv emosiyalara ehtiyacınız var. Qıcıqlanmayın, yaxın ətrafınızdakı insanlarla sərt danışmayın. Düşünülməmiş addımlar atmayın. Qəti qərar qəbul etməzdən əvvəl yaxşıca düşünün, daşının.

Günün ikinci yarısında təxirəslaınmaz tədbirlərə başlayın. Səbrli və ehtiyatlı olun.

Yaxınlarınızla münasibətlər mina sahəsini xatırladır. Partlayış hər an baş verə bilər və siz də səbəbi bilməyəcəksiniz. Dəyər verdiyiniz insanlar üçün ağrılı ola biləcək mövzuların müzakirəsindən yayının.

Xərçəng – günün ilk yarısı pis keçməyəcək. Qeyri-adi, gözlənilməz və ya xoşagəlməz heç bir hadisə baş verməyəcək. Yaxınlarınızın yardımlarınıza və emosional dəstəyinizə ehtiyacı var. Onlarla danışıqlardan, təmaslardan boyun qaçırmayın. Sizin üçün xoş olmayan mövzu müzakirə olunsa da, söhbətdən yayınmayın.

Günün ikinci yarısında nəzərdə tutulmamış səfər, səyahət ola bilər. Alış-veriş uğurlu alınacaq.

Axşam saatlarında səhhətinizə və xarici görünüşünüzə fikir verin. Sağlamlıq və profilaktiki prosedurlara zərurət duyulur.

Normal istirahət edin.

Şir – əlverişli və münasib gündür. Nəzərdə tutduğunuz işlər, hətta ən cəsarətli planlarınızı həyata keçirə bilərsiniz. Kənar yardımlara ehtiyac duyulmur. Tamamilə yeni işə başlamaq olar. İnformasiyanın minimum həddə olması sizi narhat etməməlidir.

Günün ikinci yarısında aktiv olun, başladığınız işləri bitirin. Təcrübəli insanların məsləhətlərinə qulaq asın.

Axşam saatları ümumi işgüzar və ya maliyyə maraqlarınızın olduğu insanlarla ünsiyyət üçün yaxşı vaxtdır. Sırf peşə fəaliyyəti ilə bağlı məsələnin müzakirəsində diqqətli olun.

Qız – ehtiyatlı və sayıq olun. Günün ilk yarısında münaqişə, gərginlik istisna deyil. Birmənalı olmayan zamandır. Dəyər verdiyiniz insanlarla münaqişə etməyin. Münasibətləri korlamayın. Yaxın ətrafınızdakı insanların könlünü qırmayın.

Başqalarının işlərini müzakirə etmək çox təhlükəlidir. Sözlərinizə diqqət edin. Sirrlərinizi bölüşməyin.

Son həftələrdə sizi narahat edən problemi günün ikinci yarısında uğurla həll edə bilərsiniz. Parlaq ideyanın həyata keçirilməsi yaşamınızda ciddi dəyişikliklərin əsasını qoyacaq.

Fəal olun, süstlüyə qapılmayın.

Tərəzi – narahat, təbəddülatlı, amma maraqlı gündür. Rəğbət bəsəldiyiniz insanla münasibətlərinizdə səmimiyyəti artıra bilərsiniz. Yaranmış problemin həllinə yaradıcı yanaşın. Səhər saatlarında işlər yaxşı olsa da, sonradan axar dəyişir.

Kiçik problemlər əhvalı korlaya bilər. Bahalı və mürəkkəb texnikanın sıradan çıxması, dəyərli əşyanın itirilməsi riski var. Səliqəli və diqqətli davranın.

Gərginliyə qapılmayın. Stress, təbii ki, emosional və fiziki vəziyyətinizə mənfi təsir edir.