Günün qoroskopu: Evdə təftiş aparın və belədə yeni planlar sizi çox gözlətməyəcək

Günün qoroskopu: Evdə təftiş aparın və belədə yeni planlar sizi çox gözlətməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qoç – İşinizi konstruktiv şəkildə başa vurmaq istəyirsinizsə, nizam və intizama riayət edin. Gərəkli zənglər edin, məktublar yollayın. Sizinlə əlaqə saxlamaq istəyən insanlarla danışın. Səhvlərin aradan qaldırılması, sərfəli ola biləcək əlaqələrin bərpası üçün vaxta qənaət etməyin.

Bu gün yerdəyişmələr çox olacaq. Özünüzü rahat hiss etmək üçün zəruri tədbirlərə əl atın.

Günün ikinci yarısı hazırlıq işləri üçün əlverişli zamandır.

Yaşam arealınızda zəruri yerdəyişmələr və yeniliklər barədə düşünün. İnformasiya toplayın.

Buğa – Yerinə yetirə biləcəyinizdən artıq işlərlə qarşılaşacaqsınız. Daha sürətli çalışın, eyni zamanda bir neçə istiqaməti nəzarətdə saxlayın. Yeni mövzu və ya təklif əsas planların çərçivəsinə uyğun deyilsə, şirin vədlərə aldanmayın. Əsas tədbirləri vaxt ehtiyatını nəzərə alaraq planlaşdırın. Situasiyaya qəfil şərtlər qarışa bilər.

Günə pozitiv təmayüllərin təsiri çoxdur.

İnformasiya və məlumatlarla iş, toplantı, yazışma yaxşı nəticələr verəcək.

Məqsədlər uyğun olarsa, qarşılıqlı anlaşma asanlıqla yaranacaq. Problemlərə qarşı müqavimət göstərmək əvəzinə, onların səbəblərini və mahiyyətini araşdırın. Belədə rəqibləri üstələyərək mənfəət əldə edə bilərsiniz.

Əkizlər – İkinci dərəcəli işlərlə məşğul olmaq zamanı deyil. Uğur qazanmaq üçün bütün gərəkli tədbirləri görüb-görmədiyinizi aydınlaşdırın. İdeya və niyyətlərinizi səbatlı edin, yaranan imkanlardan istifadə edin.

İnformasiyanın daxil olduğu kanalları genişləndirin. Əlaqə saxlamalı, yazmalı, görüşməli insanları müəyyənləşdirin. Yaxın ətrafınızdakı insanlarla təmaslarınız effektiv olacaq. Payınıza düşən işləri bir qədər də artıracaq səfər və ya xəbər ola bilər.

Gərəksiz, vaxtı keçmiş nəsnələrdən qurtulun. Həyatınıza yeni emosiyalar və hisslər qatın.

Axşam saatlarını dostlarınızla keçirin.

Xərçəng – Günün maraqları, şərtləri və qayğıları sizdən aktiv, hətta həddən ziyadə aktiv davranış tələb edir. Sizi bir an da boş buraxmaq istəmirlər: çox adama gərəksiniz. Kiməsə yardım edəcəksinizsə və ya artıq edibsinizsə, minnətdarlıq gözləməyin. Tanıdığınız insanlar indi öz şəxsi məsələlərinin həlli ilə məşğuldurlar.

Tanışlar və həmkarlar problemlərin həllində kreativ yanaşma nümayiş etldirirlər.

İnformasiya, yazışma, planların dəqiqləşdirilməsi üçün yaxşı vaxtdır.

Axşam saatları istirahət, əyləncə üçün sərfəlidir.

Səhhətinizə fikir verin.

Yeni pəhrizə başlamaq olar.

Şir – Yeni layihəyə başlamaq olar. Cari işlərdə xırdalıqlara izafi diqqət yetirməyin. Eyni vaxtda bir neçə işin hazırlıqlarına start verməyin. Həyat sizin çevikliyiniz və yaxşı reaksiyanızı yoxlayacaq.

Çoxdan bəri yarımçıq qalan, sürəkli təxirə salınan işi başa çatdırmaq və daha maraqlı işlərə başlamaq olar.

Alınan məlumatları qaydaya salın. İş yerində daha rahat, asudə şərait yaradın. Məhz belə davransanız, sabah yeni planları gerçəkləşdirmək olar.

Axşam saatlarında dostların əyləncə təklifini qəbul edin.

Qız – Gərgin dövrün bitməsinə az qalıb. Səhər saatlarından etibarən işlərinizdə qayda yaradın, prosesləri nizamlayın. Əgər plan və niyyətlərinizdə qeyri-müəyyənliklər yaranıbsa, sizi narahat edən məsələ ilə bağlı maksimum informasiya əldə etməyə çalışın.

Daxili gərginliyi azaltmaq, proseslərlə bağlı konkretliyə nail olmaq, suallara cavab almaq mümkündür.

Ətrafınızdakı insanlar arasında tələsiklik və nigaranlıq ifrat dərəcəyə çatmasın deyə, onların problemlərinin həllində iştirak edin. Bəzi adamların sözləri və davranışlarındakı nüanslar sizə yaşananları daha yaxşı anlamağa şərait yaradacaq.

Emosiyalarınızın əsiri olmayın. Mənasız əlaqələr və effektivliyini itirmiş təmaslardan qurtulun.

Tərəzi – Aktiv, qarışıq və hadisələrin birmənalı olmayan məcrada cərəyan etdiyi gündür. Şərtlər sizi ideyalarınızı dəstəkləyəcək adamı aramağa vadar edə bilər. Çətin durumda köməkçiyə ehtiyac var.

Uzaqdan məsləhət və yardım gələ bilər.

Danışıqlar və ünsiyyətdə həssas, soyuqqanlı olsanız, perspektivdə uğura bel bağlaya bilərsiniz. Həmkarlar və dostlarla ünsiyyət sizə çoxlu müsbət emosiya bəxş edəcək. Yaşamınız yeni hadisələrlə zənginləşəcək. Sürprizlər, xoş həyəcan, romantik münasibətlərin başlanması istisna deyil.

Əqrəb – Çətin, amma uğur vəd edən gündür. Çoxsaylı müxtəlf işləri həll etməli olacaqsınız. İşlər az olmasa da, vaxt keçdikcə həll ediləsi məsələlərin sayı artacaq. Danışıqlar aparmalı, yazışmalı, kiminləsə müzakirələrə qatılmalısınız.

Axşam saatlarında istirahət etməyə çalışın. Fiziki hərəkətlərdə fayda var.

Yaxşı anlaşdığınız insanla ünsiyyəti seçin. Gələcəklə bağlı ümumi planları nəzərdən keçirin.

Oxatan – Enerji artımı və fəallıq işgüzarlıq qabiliyyətlərinizlə məziyyətlərinizə müsbət təsir edəcək. Qətiyyətlə, inadla çalışın, planları tərəfdaşla aktiv müzakirə edin.

İndi “məhsul yığımı” vaxtıdır. Gələcək məqsədlər və layihələrin təməli qoyulur.

Gərgin dövrün başa çatmasına az qalıb. Nəticələri təhlil edin, yekun qərarları formalaşdırın. Alınmış məlumatlar və keçirilən görüş yaşananlarla bağlı dürüst təhlilə səbəb ola bilər. Fəal olun, süst davranmayın.

Oğlaq – Səy və qüvvəni bir istiqamətdə cəmləşdirmək çətin olsa da, əziyyətə qatlaşın və irəliləyin. Yeni işlər və qayğılar yağışdan sonra göbələk kimi artır. Tərəfdaş və şərik isə sizdən daha çox nəticə tələb edir. Yaşananlara soyuqqanlı baxın, təmkinli olun. İşinizin keyfiyyətini yaxşılaşdırın. Yerdə qalanlar günün ikinci yarısında konkretləşəcək.

Bu gün fəaliyyət sahəsinin müəyyən müstəvisini qaydaya salmaq, informasiyanı sistemləşdirmək olar. Nigaranlıq və təşviş varsa, bir qədər istirahət edin.

Səmimi, qayğıkeş olun ki, situasiyaların qəfil döngələrində məzmunla batini hiss edə biləsiniz. Ətrafınızdakı insanlarla diqqətlə davransanız, münasibətlər yaxşılaşacaq.

Dolça – Müstəqil və təkbaşına çalışsanız, işlərin effektivlik səviyyəsi yüksək olmayacaq. Süst və ətalətli davranmayın. Aktiv olun, ətrafınızdakı insanlarda xoş təəssüratlar yaradın. Əhval-ruhiyyəniz və məhsuldarlığınız səylərinizdən asılıdır.

İşgüzar səfər, danışıqlar, yazışma müsbət nəticələr verə bilər.

Sözlə çalışanları irəliləyiş gözləyir. İşgüzar danışıqlar prosesi aktivləşir. Baş verənlərə münasibətinizi dəyişə biləcək yeni detallar peyda olacaq. Axşam saatlarında aktiv istirahəti seçin.

Balıqlar – Müəyyən mövzuda səylər, nəticələrin nəzərdən keçirilməsi, uğurların dəyərləndirilməsi zamanıdır. Uzun müddətdən bəri gözlədiyiniz məlumatı alacaqsınız. Görüş, yazışma, müzakirələr və ünsiyyət üçün uğurlu gündür. Yaşam və ya iş məkanında yaradıcı yeniliklər etmək olar.

Evdə təftiş aparın və belədə yeni planlar sizi çox gözlətməyəcək.

Ailədə planları, uzaq perspektivlərlə bağlı qərarları müzakirə edin. Münasibətlər normada deyilsə, hissləri yeniləyin, yeni məqsədləri bəyan edin və konkret addımlar atın.