Günün fotosu: Onun böyük ürəyi – qardaş harayına yüyürən adambackend

Günün fotosu: Onun böyük ürəyi – qardaş harayına yüyürən adam

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Burası Bakı. Bu köhnə avtomobilə yüklənmiş yorğan-döşəyin hara, nəyə görə apaıldığını bilmək üçün baş sındırmağa ehtiyac yoxdur. Sürücünün başı üstündən qalxan bayraq onu aydın göstərir. 

Adam yardıma, haraya qaçır – doğma qardaşının evi yansa, bacısı quru yurdda qalsa da belə edərdi, əlinə keçəni, gümanı gələni öz köhnə avtomobilinə yükləyər, haraya gedərdi.

O, milyonçu deyil, bəlkə də kasıblıq həddindən aşağıda yaşayan biridir. Bir az imkanı olsa avtomobilini sazlatdırar, maşınının üstündəki taxta döşəmə boyasını qaşıtdırıb, onu abıra salardı. Allah kasıbçılığın üzünü qara eləsin!

79ff3752-da97-4ebd-9298-08363c850792.jpg (137 KB)

Amma bu insanın böyük ürəyi var. O yardımsevərdir, qohum-qonşunun xeyrinə-şərinə yarayandır., hamıya əl tutandır.

Kimsə deyə bilər ki, bəlkə o yorğan-döşəyi yardımı toplama məntəqəsinə aparan başqasıdır, sadəcə, onun maşınına yükləyib. Yox! Maşındakı al bayraq göstərir ki, o, Türkiyəni qardaş dövlət sayanlardandır.

Belə ürəyə sahib həmvətənlərimiz varkən, bu ölkənin, eləcə də onun qardaşının sırtı yerə gəlməz.

Ürəyinə qurban, Vətən oğlu!