“Həyat yoldaşımla birgə heç bir paylaşım etmirəm. Ailəmlə gündəmə gəlməyi sevmirəm və mənim şəxsi həyatım paylaşılmır. Sənətim paylaşıla bilər. Həyatım niyə manşet olsun ki? İnşallah, elə bir durum olmaz. Nəyə lazımdır, bilsinlər ki, Elməddin bu gün nə yedi evdə? Bunu edənlər də var. Bu sözüm kimlərinsə xətrinə dəyə bilər, amma vallah mən yaxşı baxmıram”.
Tribunainfo.az bildirir ki, bu sözləri aktyor Elməddin Cəfərov “Düzünə qalsa” verilişində deyib. Sənətçi yaşadığı həyatı sosial şəbəkədə nümayiş etdirənləri tənqid edib:
“Yediyi yeməyi, yatdığı otağı, çimdiyi hamamı paylaşırlar. Axı nəyin axtarışındasınız? Nəyə ehtiyac var? Bəlkə kiminsə evində o yeməyi yoxdur… Camaata niyə travma verirsən? Bəlkə onun elə otağı, hamamı yoxdur. Dağ çəkir olmayanlara”.