“Günorta Putinə qarşı” – Yuliya Navalnaya seçiciləri saat 12:00-da burada olmağa ÇAĞIRDIbackend

“Günorta Putinə qarşı” – Yuliya Navalnaya seçiciləri saat 12:00-da burada olmağa ÇAĞIRDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aleksey Navalnının xanımı Yuliya Navalnaya martın 17-də vətəndaşları prezident seçkilərinə saat 12-də qatılmağa və seçki bülletenlərini korlamağa çağırıb.Tribunainfo.az xarici mediaya istinadən xəbər verir ki, bu məqsədlə Yuliya Navalnaya rusiyalı seçicilərə videomüraciət edib.

O bildirib ki, səsvermə günündə “Günorta Putinə qarşı” təşəbbüsü mərhum əri Aleksey Navalnıya məxsusdur. Etiraz əlaməti olaraq insanlar martın 17-də saat 12-də, günorta saatlarında seçki məntəqələrində uzun növbələr yaratmalı, milyonların müharibəyə, korrupsiyaya qarşı olduqlarını nümayiş etdirməlidirlər.

Onun sözlərinə görə, eyni vaxtda seçki məntəqələrinə gəlmək çox sadə və təhlükəsiz bir hərəkətdir.

“Bu, hakimiyyət tərəfindən qadağan edilə bilməz, lakin həmfikirlərə çox və güclü olduğumuzu görmək imkanı verir. Milyonlarla insan burada iştirak edə biləcək. On milyonlarla insan isə bunun şahidi olacaq”, – deyə o, ərinin sözlərini təkrarlayıb.

Qeyd edək ki seçki məntəqələrində günorta toplanması ideyasını Navalnı ölümündən iki həftə əvvəl irəli sürmüşdü.