Güneyli fəallar aclıq aksiyasına başlayıblar

Güneyli fəallar aclıq aksiyasına başlayıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Güney Azərbaycanda həbsdə olan siyasi fəallar kütləvi şəkildə acılıq aksiyasına başlayıblar. Tribunainfo.az xəbər verir ki, bu barədə “Araznews.org” saytı məlumat yayıb.
Məlumatda deyilir ki, güneyli siyasi fəallar onlara qarşı haqsızlıq edildiyi və məhkəmələrin ədalətli olmadığını bildirərək, dərhal azadlığa buraxılmalarını tələb edirlər.
Bundan başqa, Güney Azərbaycan İstiqlal Hərkatı da prosesə qoşulacağını bəyan edib. Onlar da dəstək məqsədi ilə aclıq aksiyasına başlayacaqlarını bildiriblər. Həmçinin hazırda həbsdə olan siyasi fəalların ailələri də aksiyada iştirak etmək niyyətində olduqlarını deyiblər.