Güneydə tarixi adlarımız geri qaytarılır

Güneydə tarixi adlarımız geri qaytarılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Güney Azərbaycanda tarixi yer adlarımız geri qaytarılır.

Tribunainfo.az “Təbrizin səsi” saytına istinadən xəbər verir ki, artıq Urmu bölgəsində bununla bağlı proses başlayıb.

Belə ki, “Nazlı yolu”, “Günəş”, “Tarla yolu”, “Ulduz” kimi Azərbaycan dilində adların əks olunduğu lövhələr yenidən qurulur.

Qeyd edək ki, bu addım yerli əhali və milli-mədəni fəalların etirazları və bələdiyyəyə müraciətləri nəticəsində mümkün olub.

Analoji proseslərin yaxın günlərdə digər Güney şəhərlərində reallaşacağı gözlənilir.

Fərda Uğur