Tehranın Evin həbsxanasında saxlanılan altı güneyli siyasi məhbus dünəndən etibarən aclıq aksiyasına başlayıb.
Tribunainfo.az xəbər verir ki, Vədud Əsədi, Mahmud Ocaqlu, Mürtaza Pərvin, Ayaz Seyfxah, Salar Tahir Əfşar və Əbdüləziz Əzimi Qədim ədalətsiz məhkəmə hökmlərinə və ayrı-seçkiliyə etiraz olaraq bu addımı atıblar.
Aksiyaya, habelə, Təbrizdə saxlanılan milli fəallar Kərim İsmayılzadə və Evin zindanında cəza çəkən Tahir Nəqəvi də qoşulub.
Fərda Uğur










