Günəşdən daha parlaq cisim kəşf edildi

Günəşdən daha parlaq cisim kəşf edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Astronomlar Günəşdən 500 trilyon dəfə daha parlaq olan kvazarı kəşf ediblər və kainatın ən parlaq obyekti kimi qiymətləndirirlər.
Tribunainfo.az Trt Haber-ə istinadən xəbər verir ki, Avstraliyavə Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyi ilə apardıqları müşahidələr nəticəsində “J0529-4351” adlı son dərəcə parlaq və kütləvi kvazar haqqında təəccüblü təfərrüatlar tapdılar.

Astronomlar araşdırmalardan sonra belə qənaətə gəliblər ki, Günəşdən 500 trilyon dəfə daha parlaq olan bu kvazar kainatın ən parlaq obyekti ola bilər.

Sözügedən kvazarın Yerdən 12 milyard işıq ili uzaqda yerləşdiyini qeyd edən astronomlar cismin mərkəzindəki qara dəliyin kütləsinin Günəşinkindən 17-19 milyard dəfə böyük olduğunu da müəyyən ediblər.