GÜNƏŞ YANIQLARI BU XƏSTƏLİYƏ SƏBƏB OLUR… UŞAQLARI QORUYUN…

GÜNƏŞ YANIQLARI BU XƏSTƏLİYƏ SƏBƏB OLUR… UŞAQLARI QORUYUN…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Günəş şüaları hər yaşdakı insan üçün həm vacib, həm də təhlükəlidir. Xüsusilə həssas və incə dərisi olan körpə və uşaqlar üçün bu təhlükə daha çox əhəmiyyət daşıyır. Uşaqkən uzun müddət günəş şüalarının təsirinə məruz qalmaq irəlidəki dövrlərdə dəri xərçəngi başda olmaqla bir çox xəstəlik və dəri problemlərinə zəmin hazırlayır. Buna görə də valideynlər bu məsələdə çox diqqətli olmalıdır.

Tribunainfo.az yazır ki, günəş şüalarının güclü olduğu 10:00-15:00 arası körpələr və uşaqlar çölə çıxarılmamalı və günəşdən qorunmalıdır.

Əgər uşaq bu saatlar arasında məcburən havaya çıxarılmalıdırsa, o zaman mütləq günəşə çıxmazdan 15-30 dəqiqə əvvəl uşağa günəş qoruyucu kremlər çəkilməli və bu kremlər 2-3 saatdan bir təkrar vurulmalıdır. Hovuza və dənizə giriləcəyi zaman isə suya davamlı kremlər seçilməlidir. İsti havalarda bütün fərdlər bol miqdarda maye içməlidir. Yay aylarında uşaqlar üçün paltar seçərkən günəş şüalarına maneə törədəcək və uşağı tərlətməyəcək geyimlər seçilməlidir. Bundan əlavə, günəşə qarşı olan papaqlardan və çətirlərdən də istifadə etmək lazımdır.

Uşaqların dərisi həssas olduğu üçün günəş şüaları onların dərilərini asanlıqla yandıra bilir. Uşaqlıq çağındakı günəş yanıqları irəliləyən yaşlarda dəri xərçənginə tutulma riskini artırır. Xüsusilə dəri xərçənginin ən pis xasiyyətlisi olan melanoma baxımından ciddi risk ortaya çıxa bilər. Günəş şüalarından hər cür qorunmağa baxmayaraq, uşaqların dərisində yarana biləcək günəş yanıqları üçün də ailələrin çox diqqətli olması lazımdır. Günəş yanığının dərəcəsinə görə müalicə şəkilləri dəyişir.