Aprel ayına qədəm qoyduqca Günəş tutulması ilə bağlı suallar artır.
Tribunainfo.az Milliyet-ə istinadən xəbər verir ki, Günəş tutulması 2024-cü ildə iki dəfə baş verəcək.
Birincisi tam Günəş tutulması, ikincisi isə həlqəvi Günəş tutulmasıdır. İlin ilk Günəş tutulması apreldə, ikinci Günəş tutulması isə oktyabrda olacaq.
Tam Günəş tutulması 2024-cü il aprelin 8-də – saat 21:20-də baş verəcək.
Günəş tutulması Ayın orbital hərəkəti zamanı Yerlə Günəşin arasına gəlməsi və beləliklə də Ayın Günəşi qismən və ya tamamilə örtməsi zamanı müşahidə olunan təbii hadisədir. Tutulmanın baş verməsi üçün Ay yeni ay fazasında olmalı və Yerə nisbətən Günəşlə birlikdə olmalıdır, yəni onun orbital müstəvisi Yerin Günəş ətrafındakı orbit müstəvisi ilə üst-üstə düşməlidir.