Günel İsgəndərə vəzifə verildi

Günel İsgəndərə vəzifə verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bakı Dövlət Universitetinin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri vəzifəsindən ayrılan Günel İsgəndərin (Orucəliyeva) yeni iş yeri müəyyənləşib.
TİA.AZ xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabından paylaşım edib. O qeyd edib ki, bundan sonra karyerasına BDU-nun tarixi muzeyinin müdiri və Jurnalistika fakültəsinin müəllimi kimi davam edəcək.
G.Orucəliyeva bildirib:
“Karyeramın son iki ilini həsr etdiyim Bakı Dövlət Universitetinin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri vəzifəsindən öz istəyimlə ayrıldım. Maraqlı, məsuliyyətli və məhsuldar təcrübə idi. Bundan sonrakı fəaliyyətimi BDU-nun tarixi muzeyinin müdiri və Jurnalistika fakültəsinin müəllimi kimi davam etdirəcəyəm.
Mənə göstərilən etimada görə Universitet rəhbərliyinə təşəkkür edirəm. Bu işdə məndən dəstəyini əsirgəməyən – müəllimlərimə, iş yoldaşlarıma, həmkar dostlarıma sonsuz minnətdarlığımı bildirirəm. Bu vəzifəyə təyin olunacaq həmkarıma uğurlar arzu edirəm!”
Qeyd edək ki, Günel Orucəliyeva Elçin Babayevin müvafiq əmri ilə 2020-ci ildən universitetin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri vəzifəsində çalışıb.
Xatırladaq ki, hazırda bu vəzifəyə təyinat yoxdur.