Günə belə başlamaq məsləhətdir – Dünya şöhrətli şəxslərin sirrləribackend

Günə belə başlamaq məsləhətdir – Dünya şöhrətli şəxslərin sirrləri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Günə başlamaq üçün hər kəsin öz rejimi var. Bəzilərimiz ilk iş olaraq əl-üzünü yumağa tələskən, bəzilərimiz çay və ya kofe içmədən gözümüzü aça bilmirik. 
Bəs dünyanın ən uğurlu adları günə başlamaq üçün nə içirlər?

AZXEBER.COM xarici mediaya istinadən onların günə necə başladığını təqdim edir.
Bill Gates
“Microsoft”un qurucusu Bill Gates Amazonun baş direktoru onu keçənə qədər dünyanın ən zəngin adamı kimi tanınırdı. 67 yaşlı uğurlu iş adamının səhər ilk içkisi təəccüblüdür: Light Cola. Gates bloqunda da qeyd edir ki, o, gündə 3-4 qutu yüngül cola içir.
Howard Schultz
Dünyanın ən uğurlu qəhvə şəbəkələrindən biri olan “Starbucks”ın baş direktoru Howard Schultz seçimi ilə təəccübləndirmir. Günə 05:30-da oyanaraq başladığını deyən Howard Schultz ilk iş olaraq kofe hazırlayır.
Barak Obama 
ABŞ-ın keçmiş prezidenti Barak Obama səhərlər ancaq su, yaşıl çay və portağal suyu qəbul edir. 61 yaşında sağlam görünüşü ilə seçilən keçmiş ABŞ prezidenti qəhvəni nadir hallarda içir.
Elon Mask
Tesla-nın qurucu CEO-su və dünyanın ikinci ən varlı adamı olan Elon Mask sosial şəbəkələrdəki paylaşımları ilə gündəmi dəyişmək bacarığı ilə yanaşı, biznesindəki uğurları ilə də tanınır. Cənubi Afrika əsilli 51 yaşlı iş adamı günə səhər yeməyi ilə başlamır. Günə yalnız qəhvə ilə başlayır.
Venus Williams 
Williams səhərlər badam südü, banan, protein tozu və avokado tərkibli içki içir.