Gündüz saatlarında 25 dərəcə isti olacaq

Gündüz saatlarında 25 dərəcə isti olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oktyabrın 24-ü gündüz saatlarında gözlənilən hava şəraiti açıqlanıb.

 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən TİA.AZ-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 24-ü gündüz saatlarında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək, arabir güclənəcək.

 Havanın temperaturu  21-25 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında gündüz saatlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu 23-28, dağlarda 18-20 dərəcə isti təşkil edəcək.