İngiltərədəki London İqtisadiyyat Məktəbinin tibbi sığorta şirkəti Vitalty ilə birlikdə apardığı araşdırmaya görə, həftədə üç dəfə 5000 addım atmaq həyatınıza üç il uzada bilər.
Tribunainfo.az Hürriyət-ə istinadən xəbər verir ki,tədqiqatçılar müəyyən ediblər ki, iki ildən çox müntəzəm gəzmək fiziki cəhətdən aktiv olmayan kişilərin ömrünü 2,5 il, hərəkətsiz qadınların isə 3 il uzadıb.
Tədqiqatçılar 10 il ərzində Cənubi Afrika və Böyük Britaniyadan olan bir milyon insanın yerimə vərdişlərini izləyiblər. Həftənin ən az beş günü gündə orta hesabla 5230 addım atan insanların piylənmə, ürək xəstəlikləri və 2-ci tip diabet kimi ömrü qısaldıcı xəstəliklərə tutulma riskinin azaldığı ortaya çıxıb. Gəzinti vərdişlərinin faydalarının yaşlılarda daha çox olduğu da müşahidə edilib. Məsələn, məlum olub ki, gündə cəmi 2500 addım atmaq 65 yaşdan yuxarı insanların sağlamlığını yaxşılaşdırır və ölüm riskini azaldır.