Gündə bir qutu siqaret çəkmək qədər zərərli VƏZİYYƏT

Gündə bir qutu siqaret çəkmək qədər zərərli VƏZİYYƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Statistika göstərir ki, çox tənha olduğunu söyləyən insanların xroniki xəstəlik riski 26 faiz daha yüksəkdir.

Tribunainfo.az xəbər verir ki, bu, bədənimizə gündə bir qutu siqaret çəkmək qədər zərərlidir.

Tənhalıq ciddi ictimai sağlamlıq probleminə çevrilib.

Fərdlərin evdə təcrid edildiyi və hətta tualetə getməkdə çətinlik çəkdiyi “Hikikomori” kimi hallarda, ilk addım əsas bioloji səbəbin olub olmadığını araşdırmaqdır. Bu gənclər əvvəlcə depressiya və autizm spektri pozğunluğu kimi sosial ünsiyyət çətinlikləri üçün yoxlanılır.

Psixiatr Prof. Dr. Nevzat Tarhan “Səssiz Epidemiya: Yalnızlığın Hikikomori Xəstəliyi” mövzusunu müzakirə edib.

Onun sözlərinə görə, Yapon mənşəli bir anlayış olan “Hikikomori”nin” özünü təcrid etmə sindromu” və ya “sosial geri çəkilmə pozuqluğu” olaraq təyin edilə biləcəyini ifadə edərək, “Xüsusilə yeniyetməlik dövründə ortaya çıxan bu vəziyyət ilk dəfə 1990-cı illərdə Yaponiyada təsbit edilib; əvvəlcə Yapon mədəniyyətinə xas olduğu düşünülsə də, indi qlobal bir problemə dönüb.

Hikikomori-nin əsas simptomları aşağıdakılardır; insan sosial vəziyyətlərdən qaçır, evdən çıxmaq istəmir, özünə qapanır, təkcə fiziki deyil, həm də emosional və zehni olaraq geri çəkilir, sosial qarşılıqlı əlaqəni demək olar ki, sıfıra endirir; şən görünə bilər, lakin daxilən təcrid olunmuş, virtual oyunlara həddən artıq meyllənmək, struktur məsuliyyətlərdən yayınmaq, xüsusən də məktəb və iş, ev yeganə təhlükəsiz məkana çevrilir və valideynlərə bağlılıq var, lakin bu bağ uzaq və ziddiyyətlidir; ailə üzvlərinə emosional yaxınlıq göstərmir, lakin onlardan da ayrıla bilmir.

Bu vəziyyət altı ay və ya daha çox davam etdikdə diaqnoz qoyula bilər. Yaponiyada işlənib hazırlanmış 25 sualdan ibarət reytinq şkalası mövcuddur; Türkiyədə 8 sualdan ibarət versiya mövcuddur. Bu sindrom depressiyanın bir alt növü hesab olunur.

Dəniz Pənahova