Ermənistan 44 günlük müharibədən sonra öz ordusunu komlektləşdirə bilməsə də, bunun üçün bir sıra addımlar atır.
Tribunainfo.az xəbər verir ki, Azərbaycan Ordusunun qarşısında duruş gətirə bilməməsi səbəbindən darmadağın olan erməni ordusu, indi də PUA eşqinə düşüb.
Siyasətçi Levon Barseqyan deyib ki, Ermənistan da Ukrayna taktikasından istifadə etməlidir. “Ukrayna ordusu hər gün 4-5 min müxtəlif təyinatlı PUA-dan istifadə edir. Ermənistan da düşmənə qarşı bu addımı atmalıdır”.
Onun sözlərinə görə, Ermənistan indidən PUA istehsalına start verməlidir. “Gündə ən azı 300 ədəd PUA istehsal etməliyik ki, rahat döyüşə bilək”.
Fərda Uğur