GÜNDƏ 15 DƏQİQƏ GƏZİNTİNİN 15 FAYDASIbackend

GÜNDƏ 15 DƏQİQƏ GƏZİNTİNİN 15 FAYDASI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hər gün müntəzəm olaraq 15 dəqiqə gəzintinin ürək sağlamlığından tutmuş çəki nəzarətinə qədər bir çox faydası var. Gəzintinin ən mühüm faydası isə qocalmanı gecikdirməsi və ömrü uzatmasıdır.

Tribunainfo.az 15 dəqiqə gəzintinin 15 faydasını təqdim edir.

1. Ömrü uzadır

Gəzintini vərdişə çevirməklə və hər gün müntəzəm etməklə həyatınıza rəng qataraq, qocalmanı gecikdirmək mümkündür. Tədqiqatlar sübut edib ki, həftədə təxminən 20-25 kilometr piyada gəzən insanlar yeriməyənlərə nisbətən daha uzun yaşayırlar.

2. Ürək və ağciyərə faydalıdır

Qısa, sürətli gəzintilər ürək və ağciyər sağlamlığınızı qorumağın ən yaxşı yoludur. Daimi gəzinti zamanı ürək xəstəlikləri riski azalır və təzyiqi tarazlaşdırmaq daha asan olur. Bundan əlavə, qan dövranı tənzimlənir. Həftədə ən az 3 dəfə gəzən qadınlarda ürək xəstəliyi riski azalıb.

3. Stressi azaldır

Gəzinti stress üçün də faydalıdır. Gəzərkən qan təzyiqiniz tənzimlənir, xoşbəxtlik hormonu olan endorfin ifraz olunur və özünüzü rahat hiss edirsiniz.

4. Çəkiyə nəzarət

Daimi və ritmik yeriş arıqlamağa və çəkiyə nəzarət etməyə kömək edir. Hər gün 15 dəqiqə gəzməklə artıq piylərinizi yandırmaq və ildə 7 kilo arıqlamaq mümkündür. Amma təbii ki, bu prosesdə nə yediyinizə diqqət etməli və kaloriyə nəzarət etməlisiniz.

5. D vitamini mənbəyi

Bildiyiniz kimi, D vitamininin ən zəngin mənbəyi günəşdir. D vitamini isə immunitet sistemini qoruyan nadir vitaminlərdəndir. Tam D vitamini ehtiyatına sahib olmaq osteoporoz, depressiya, xərçəng, infarkt və insult kimi bir çox sağlamlıq probleminin qarşısını alır.
Gündə 10-15 dəqiqə gəzərək, qollarımızı və ayaqlarımızı günəşə göstərmək kifayətdir ki, xüsusilə də günəşli günlərin bol olduğu yay mövsümündə lazım olan vitamini alaq.

6. Allergiyadan xilas olmaq

Araşdırmalar göstərib ki, yerimək və qaçmaq allergiya əlamətlərini aradan qaldırmaqda təsirli olur.

7. Depressiyanın dərmanı

Gəzinti depressiya əlamətlərini azaldır və insana enerji verir. Gəzinti psixi sağlamlığınıza kömək edə bilər. Tədqiqatlar göstərir ki, bu, narahatlıq, depressiya və mənfi əhval-ruhiyyəni azaltmağa kömək edə bilər.

8. Qan şəkərini tənzimləyir

Qan şəkərini tənzimləməkdə yeriməyin qaçışdan daha faydalı olduğu sübut edilmişdir.

9. Qəbizliyin qarşısını alır

Daimi gəzinti həzm sistemini yaxşılaşdırır. Qəbizliyə yaxşı gəlir və həzm sistemi xəstəliklərinin tezliyini azaldır.

10. İmmuniteti gücləndirir

Gəzinti soyuqdəymə və ya qripə yoluxma riskinizi azaldır. İmmuniteti gücləndirir.

11. Sağlam sümüklər

Daimi idman sümük sağlamlığını qorumağın ən təsirli yoludur. Gündəlik yeriyərək sümüklərinizi gücləndirə və onların daha möhkəm olmasına kömək edə bilərsiniz. Qocalanda meydana gələ biləcək osteoporoz, omba və onurğa problemlərinin qarşısını ala bilərsiniz. Çünki yerimək sümük metabolizminə müsbət təsir edir və əzələləri gücləndirir.

12. Xərçəng əleyhinə

Müntəzəm yerişin döş və kolon xərçəngi riskini əhəmiyyətli dərəcədə azaltdığını göstərən araşdırmalar var. Əslində, həyatı boyu nizamlı şəkildə yeriyən qadınlarda döş xərçəngi riski yüzdə 25 azalıb. Buna görə də nizamlı gəzməklə daha sağlam həyata sahib ola bilərsiniz.

13. Rahat yuxu

Gəzinti bədəndə serotonini ifraz etməyin ən təsirli yollarından biridir. Eləcə də, serotonin stresslə mübarizədə ən vacib amildir. Odur ki, özünüzü narahat hiss etdiyiniz və ya narahat olduğunuz zaman gəzintiyə çıxmaq pis fikir deyil! Üstəlik, Sao Paolo Universitetində aparılan araşdırmaya görə, yuxusuzluq problemi olan bir qrup insanın gəzinti və digər aerobik idman növləri sayəsində yuxu keyfiyyətini yaxşılaşdırdığı müşahidə edilib.

14. Yaddaş

San Fransisko Universitetində aparılan başqa bir araşdırma, gəzintinin yaşa bağlı yaddaş itkisini əhəmiyyətli dərəcədə azaltdığı ortaya çıxıb. Yaşı 65 və ondan aşağı olan 5000 iştirakçının gündə 3 kilometr yeriməklə yaddaş itkisini 17% azaldığı görülüb.

15. Ağrıları azaldır

Gəzinti oynaqların və əzələlərin elastikliyini artırır, boyundakı ağrıları aradan qaldırır. Eyni zamanda, bel ağrılarının qarşısını alır və mövcud ağrıları aradan qaldırmağa kömək edir. İflic kimi xəstəliklər üçün köməkçi reabilitasiya təmin edir.

Tribunainfo.az