Günayın bahalı qızılı itdi

Günayın bahalı qızılı itdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müğənni Günay İbrahimli bahalı zinət əşyasını itirib. Tribunainfo.az xəbər verir ki, sənətçi bu haqda özü məlumat yayıb. O bildirib ki, bununla bağlı polisə müraciət edib və qızıl tapılaraq ona geri qaytarılıb:

“Hörmətli Azərbaycan polisi, bir neçə gün əvvəl itmiş yüksək dəyərli zinət əşyam üçün Səbail rayonu Polis İdarəsinə müraciət etdim. Polis əməkdaşlarının operativ və peşəkar fəaliyyəti sayəsində dəyərli əşyam 1 gün ərzində tapılaraq mənə qaytarıldı. Polislərimizlə fəxr etdim. Allah sizi qorusun! Azərbaycan polisinə təşəkkür edirəm və peşə fəaliyyətində daima uğurlar arzu edirəm”.