“Günay Sığorta”nın mənfəəti azalıb

“Günay Sığorta”nın mənfəəti azalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Günay Sığorta” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 12,758 mln. manat təşkil edib.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 11,1% azdır.

2018-ci ildə “Günay Sığorta”nın cəmi öhdəlikləri 25,3% azalaraq 4,868 mln. manata düşüb, cəmi kapitalı isə 0,7% artaraq 7,89 mln. manata çatıb.

Ötən il “Günay Sığorta”nın gəlirləri 8,44 mln. manat (əvvəlki ilə nisbətən 53,3% çox), xərcləri 8,379 mln. manat (54,9% çox), mənfəət vergisi ödəmələri isə 4 min manat (əvvəlki il vergi ödəməyib) təşkil edib. Son nəticədə şirkət 2018-ci ili 57 min manat xalis mənfəətlə başa vurub. Halbuki, maliyyə qurumu 2017-ci ildən 96 min manat mənfəətlə çıxmışdı.

Xatırladaq ki, “Günay Sığorta” şirkəti 1992-ci ildə yaradılıb. Hazırda şirkətin dövriyyədə hər birinin nominal dəyəri 1 000 manat olan 7 700 ədəd səhmi var. Səhmlərin 71,94%-i Yeganə Məmməd qızı Şirinovaya, 16,61%-i “Günaybank” ASC-yə, 11,45%-i isə Xanım Nadir qızı Məmmədovaya məxsusdur.