“Günay Sığorta”da nə baş verir? –1,5 milyonluq  azalma

“Günay Sığorta”da nə baş verir? –1,5 milyonluq azalma

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Günay Sığorta” şirkətinin bu ilin yanvar-iyun ayları üzrə göstəriciləri məlum olub. Tia.az Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı hesabata əsasən xəbər verir ki, şirkətin yığımları ilin I yarısında32,2% və yaxud 1,582 milyon manat azalaraq 3,332milyon manata qədər düşüb. Halbuki, ötən ilin eyni dövründə sığorta şirkəti 4,914milyon manat sığorta  haqqı toplaya bilmişdi.

Yığımların azalması fonunda sığorta ödənişləri isə kəskin artıb. Belə ki, ödənişlərin həcmi birdən-birə 5,3 dəfə artaraq 1,563milyon manata yüksəlib. 2017-ci ilin yanvar-iyun aylarında isə 289,8min manat ödəniş həyata keçirilmişdi.

Ödənişlərin kəskin artması zərərlilik göstəricisini də kəskin artırıb. Belə ki, ötən ilin 6 ayında sığorta şirkəti topladığı hər 100 manatdan cəmi 5,8 manatını ödəniş olaraq müştərilərinə qaytarmışdısa, bu ilin eyni dövründə bu rəqəm 46,9 manata qədər yüksəlib.

Qeyd edək ki, aprel ayından etibarən səhmdarların qərarı şirkətin rəhbərliyində dəyişikliklər edildi. Bu dəyişiklərin məhz şirkətin portfelinin əvvəlki səviyyədən aşağı olması ilə bağlı olduğu görünür.