İyunun 7-də “Əmlak Hərrac Mərkəzi” MMC-də ləğv prosesindəki “Günay Bank” ASC-nin daşınar əmlaklarının satışı üzrə təkrar açıq hərrac keçiriləcək.
Pravda.az xəbər verir ki, bu barədə Bankın ləğvedicisi – Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ƏSF) məlumat yayıb.
Söhbət 21 əmlakdan (televizor, kondisoner, notbuk, telefon. fotoaparat və s.) gedir. Əmlaklara ümumilikdə 5 200 manat qiymət qoyulub.