“GÜNAY BANK” BAĞLANDI… TƏCİLİ TƏDBİRLƏR GÖRÜLMƏLİDİR… – İQTİSADÇIbackend

“GÜNAY BANK” BAĞLANDI… TƏCİLİ TƏDBİRLƏR GÖRÜLMƏLİDİR… – İQTİSADÇI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gündən etibarən “Günay Bank” ASC-nin lisenziyası ləğv edilib və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub. Iqtisadçılar bankın lisenziyasının əlindən alınmasını müxtəlif cür izah edirlər. İqtisadçı Natiq Cəfərlinin fikrincə, bankın bağlanmasının bütün bank sektoruna təsirlərini azaltmaq üçün təcili tədbirlər görülməlidir.

Tribunainfo.az xəbər verir ki, iqtisadçının sözlərinə görə, “Günay Bank”ın 2018-də sədr müavini 100 mln. manat, 2021-də isə filial rəhbərlərindən biri 53 mln. manat mənimsəmə iddiası ilə saxlanılmışdı:

“ “Günay Bank” ləğv edildisə, bunun bütün bank sektoruna təsirlərini azaltmaq üçün təcili tədbirlər görülməlidir. Bankda depoziti olan bütün vətəndaşların əmanəti tez və süründürməçilik olmadan, maksimum 1 ay ərzində qaytarılmalıdır. Əgər vətəndaşların depozitləri ilə bağlı problemlər yaşanarsa, bu bütün Bank sektoruna baş ağrısı gətirəcək – zətən ölkədə müasir bank sistemi yoxdur, inhisarçılıq olan sahədir, bizim banklar hələ də 19-cu əsrin Bank məntiqi ilə işləyirlər, ancaq depozit götürüb yüksək faizlə kredit verməklə pul qazanırlar.
21-ci əsrin bankları başqa cür işləyirlər, onlar artıq çoxdan investisiya mərkəzlərinə çevriliblər, bizdə isə investisiya bankçılığı yoxdur”.