Gümrüdə rus hərbi bazasına qarşı etiraz aksiyası

Gümrüdə rus hərbi bazasına qarşı etiraz aksiyası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Ermənistanda yerləşən Rusiyaya məxsus 102-ci hərbi bazanın qarşısında etiraz aksiyası keçiriləcək. Tribunainfo.az xəbər verir ki, aksiyanın təşkilatçısı hakim Mülki Müqavilə Partiyasının Gümrü şəhər təşkilatıdır.

Onlar rus hərbçilərinin Ermənistandan çıxmasını tələb edəcəklər.

Erməni müxalifəti isə iddia edir ki, guya, bu aksiyanı Azərbaycan və Türkiyə təşkil edir. Məsələn, ekspert David Mkrtçyan yazıb ki, guya, “Türkiyə və Azərbaycan Rusiya hərbi bazasına qarşı mübarizədə öz təsir agentlərindən istifadə edir. Bunun arxasında Bakı və Ankara dayanır”.

Fərda Uğur