Gülümsədiyinə görə 2 il həbs cəzası verildi

Gülümsədiyinə görə 2 il həbs cəzası verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Misirdə Müsəlman Qardaşları Təşkilatının siyasi qolu Hürriyyət və Ədalət Partiyasının rəhbəri Məhəmməd Əl Biltaci 2 il müddətinə azadlıqdan məhrum edilib.

Qaynarinfo xəbər verir ki, Biltaji ötən ay baş tutan məhkəmə prosesi zamanı istehzalı formada gülümsədiyinə görə məhkəməni təhqirdə ittiham edilmiş, haqqında hüquqi prosesə start verilmişdi.

Qahirə Cəza Məhkəməsi 15 fevralda baş tutan digər məhkəmə zamanı da eyni addımına görə Biltaciyə 1 il həbs cəzası vermişdi.