Gülü Rəmişdən qalan evi satıb – VİDEO

Gülü Rəmişdən qalan evi satıb – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mərhum Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) həyat yoldaşı Gülü ondan qalan evi satıb.

Bu haqda müğənni Niyam Salami “Bir gün” verilişində deyib. O bildirib ki, Gülü İnşaatçılar metrostansiyasının yaxınlığında olan mənzili satıb:

“İndi başqa yerdən ev alıb. Özü satıb, övladı, qohumu yoxdur ki, kimsə satsın”.

Niyam Gülünün onun restoranında işdən çıxması məsələsinə də aydınlıq gətirib:

“İcazə alırdı ki, evdə qalım… Dedim ki, işçi deyilsən. Gülü mənimlə işləmir, yanımdadır”.

Qeyd edək ki, Xalq artisti Rafiq Hüseynov 2021-ci ildə koronavirusdan vəfat edib.