Güləşçilərimizin dünya çempionatına hazırlığından maraqlı görüntülər – VİDEO

Güləşçilərimizin dünya çempionatına hazırlığından maraqlı görüntülər – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oktyabrın 22-dən 28-dək Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə növbəti dünya çempionatı keçiriləcək.

Oxu.Az xəbər verir ki, bu münasibətlə kişilərdən ibarət sərbəst güləş üzrə millimiz iyunun 24-dən iyulun 7-dək Göygöldə təlim-məşq toplanışında olublar.

Millimiz sərbəst güləş üzrə federasiyanın vitse-prezidenti, yığmamızın baş məşqçisi Firdovsi Umudovun rəhbərliyi altında məşq keçiblər. Məşqlərdə dünya çempionluğuna əsas namizədlərimiz – Toğrul Əsgərov, Cəbrayıl Həsənov və Hacı Əliyevin necə səylə hazırlaşdığı görünür.

Həmin məşqlərdən maraqlı görüntüləri təqdim edirik: