Türkiyənin Konya şəhərində davam edən FETÖ/PDY istintaqı çərçivəsində ifadəsi alınan “Ərhan” kod adlı hərbçi gülənçi təşkilatın ordudakı rıçaqları ilə bağlı maraqlı məlumatlar verib.
Türkiyənin Konya şəhərində davam edən FETÖ/PDY istintaqı çərçivəsində ifadəsi alınan “Ərhan” kod adlı hərbçi gülənçi təşkilatın ordudakı rıçaqları ilə bağlı maraqlı məlumatlar verib.
TİA.AZ Anadolu agentliyinə istinadən xəbər verir ki, hərbçi FETÖ lideri Fətullah Gülənin orduda böyük nüfuza malik olduğunu deyib:
“Onun çox yaxşı bir insan olduğunu deyirdilər. Tez-tez Gülənin moizələrinə qulaq asırdıq. Zamanla ondan xoşu gəlməyən insanların belə fikri dəyişir, ona simpatiyası yaranırdı. Hərbçilərə Gülənin kitabların oxutdurur, imtahanlarda ciddi yardım edirdilər.
İbadət edərkən şübhələnməmələri üçün hamının kod adı olurdu”.
Onun sözlərinə görə, 17-25 dekabr hadisələrindən sonra Prezident Rəcəb Tayyib Ərdoğanın əleyhinə aparılan kampaniya daha da güclənib:
“Gülən 6 ay sonra hər şeyin yaxşı olacağını demişdi. İki il sonra isə Türkiyədə köklü dəyişikliyin baş verəcəyini deyirdilər. Gülən tez-tez bizə göstərilən bir videosunda “Siz burada rahat şəkildə namaz qıldığınız halda, Hollandiyadakı, Danimarkadakı, Kambocadakı dostlarınız nə zaman, harada və necə namaz qılım, deyə düşünürlər”, – deyirdi.
Bu moizəsində Hərbi Hava Qüvvələri “Hollandiya”, Hərbi Dəniz Qüvvələri “Danimarka”, Quru Qoşunları isə “Kamboca” adı ilə şifrələnibmiş”.