Bir müddət əvvəl ölən FETÖ şəbəkəsinin lideri Fətullah Gülənin Pensilvaniyada yaşadığı iqamətgahının həyətinə ekskavatorlar gətirilib.
Tribunainfo.az axar.az-a istinadən bildirir ki, Anadolu Agentliyi (AA) bununla bağlı görüntülər əldə edib.
İddia edilir ki, baş FETÖ-çünün meyiti məhz buradakı həyətyanı sahədə dəfn ediləcək.
Həmçinin ərazinin mühasirəyə alındığı, ciddi şəkildə qorunduğu bildirilir.
Xatırladaq F.Gülən oktyabrın 20-də Pensilvaniyada St. Luke’s xəstəxanasında ölüb.