Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) 1996-cı ilin 17 dekabr tarixində Fətullah Gülənlə bağlı hazırladığı hesabat ortaya çıxıb. Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) 1996-cı ilin 17 dekabr tarixində Fətullah Gülənlə bağlı hazırladığı hesabat ortaya çıxıb.
TİA.AZ xəbər verir ki, 11.001.156/24746 saylı “İncələmə” adlı hesabatda Fətullah Gülənin təşkilatlanması haqda detallar yer alır.
Hesabatda Gülənin 1968-ci ildən 1995-ci ilə qədər olan müddətdə fəaliyyəti əks olunub. Diqqət çəkən detallardan biri Fətullah Gülənin Azərbaycana səfəri ilə bağlıdır.
“1992-ci ildə Azərbaycana gedərək, telekanal qurmaq fəaliyyətinə start verdi. Eyni tarixdə Risalə Nur İnstitutunun fəaliyyətinə istiqamət vermək məqsədilə gizli olaraq ABŞ-a getdi”, – deyə MİT-in Fətullah Gülən haqqında 1996-cı ildə hazırladığı hesabatda qeyd olunur.