backend

Gülən ABŞ-dan qaçmağa hazırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ Fətullah Gülənin ekstradisiyası üçün ABŞ hökumətinə növbəti dəfə müraciət göndərib. 

Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ Fətullah Gülənin ekstradisiyası üçün ABŞ hökumətinə növbəti dəfə müraciət göndərib.

TİA.AZ xarici mediaya istinadən xəbər verir ki, yeni müraciətdə Fətullah Gülənlə bağlı Türkiyə kəşfiyyatının əldə etdiyi məlumatlar ABŞ tərəfinin diqqətinə çatdırılıb.

Müraciətdə Fətullah Gülənin yaxın vaxtlarda Braziliya və yaxud Argentinaya qaçmağı planladığı barədə Türkiyə kəşfiyyatının əldə etdiyi məlumatlar əksini tapıb.

Bəkir Bozdağ müraciətində Fətullah Gülənin Türkiyəyə təhvil verilməsinin vacibliyini vurğulayıb:

“Bizdə olan məlumatlara görə, Fətullah Gülən Braziliya və ya Argentinaya qaçmağa hazırlaşır. Gülən artıq həmin ölkələrdə mövcud olan adamlarına hazırlıq işləri başladıb. Bu məlumatların səhihliyinə heç kəsin şübhəsi olmasın. Ona görə də ABŞ hökuməti bunu nəzərə almalıdır”.