GÜLBƏN ƏRGƏN ZƏLZƏLƏDƏ ÖLƏN TAHA DUYMAZ ADINA MƏKTƏB AÇDI…

GÜLBƏN ƏRGƏN ZƏLZƏLƏDƏ ÖLƏN TAHA DUYMAZ ADINA MƏKTƏB AÇDI…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fevral ayında Türkiyədə baş verəm dəhşətli zəlzələdə dağıntılar altında qalaraq həyatını itirən sosial şəbəkə fenomeni Taha Duymaz adına məktəb açılıb.

Tribunainfo.az Türkiyə mediasına istinadən xəbər verir ki, çətin şəraitdə böyüyən, buna baxmayaraq açdığı İnstaqram səhifədində maraqlı yeməklər hazırlayıb paylaşan Taha Duymazın adı əbədiləşdirilib. Belə bir böyük işi Türkiyənin məşhur müğənnisi Gülbən Ərgən üzərinə götürüb.

Müğənni sahibi olduğu “Uşaqlar gülsün deyə…” adlı dərnək sayəsində zəlzələnin baş verdiyi ərazilərdə məktəblər açmağa davam edir. Hatay ərazisində də elə orada baş vermiş zəlzələdə dünyasını dəyişən Taha Duymazın adına məktəb açılıb. Məktəbin açılışına T.Duymazın ailə üzvləri də dəvət olunub.
Bu addım gənc yaşında dünyadan köçən fenomenin izləyicilərini də sevindirib.