Narin Güran qətlini ilk gündən izləyən və tez-tez sosial media hesabında paylaşan müğənni Gülben Ergen, evi ilə gündəmə gələn aktrisa Serenay Sarıkayanı məsələ ilə bağlı heç bir reaksiya göstərmədiyi üçün tənqid edib.
Tribunaindo.az “Sözcü” qəzetinə istinadən xəbər verir ki, Serenay Sarıkaya Hollivud ulduzlarının evlərini açdığı AD jurnalının Yaxın Şərq buraxılışının üz qabığının ulduzu olub.
Rumeli Hisarüstüdəki evində “AD Middle East” jurnalı üçün xüsusi pozalar verən aktrisa “Evim qabığım kimidir və özümü qabığımda olanda təhlükəsiz hiss edirəm”, – deyib.
Müğənni Gülben Ergen evi ilə gündəm olan Serenay Sarıkayaya reaksiya verib.
Narin Güranın qətlini ilk gündən təqib edən Ergen bu sözlərlə Sarıkayanı günahlandırıb:
“Serenay Sarıkayanın evi çox gözəldir. Çox, çox gözəldir. Əsərləri çox gözəldir. Onun zərifliyi, duruşu, uğuru şübhəsiz heyrətamizdir. Onun milyonlarla gənc qızı arxasınca sürükləyəcək pərəstişkarları var. Əgər Narin böyüsəydi onun pərstişkarlarından biri olardı. Bu ölkənin insanlarından çörək yeyib bu ölkədə öldürülən uşaqlara qarşı həssaslıqla yanaşan mesajlar görmək istərdim ondan”.
Ceyran