Tayvanda baş vermiş güclü zəlzələ nəticəsində 4 nəfər xəsarət alıb.
Tayvanda baş vermiş güclü zəlzələ nəticəsində 4 nəfər xəsarət alıb.
Trend-in məlumatına görə, zəlzələnin episentri Taynan şəhərindən 11,2 kilometr cənub-qərbdə, yerin 18,4 kilometr dərinliyində olub.
Zəlzələdən sonra 4,2 bal gücündən iki afterşok da qeydə alınıb.
Yerlatı təkanlar nəticəsində ciddi dağıntılar qeydə alınmasa da, Taynan şəhərində elektrik yarımstansiyalarının dayanması nəticəsində 50 mindən çox ailə işıqsız qalıb.
Tayvanda növbəti iki həftə ərzində afterşoklaırn davam edəcəyi barədə xəbərdarlıq verilib.