Güclü qar 6 gün davam edəcək, məktəblər bağlanacaq: “Evdən çıxmayın”

Güclü qar 6 gün davam edəcək, məktəblər bağlanacaq: “Evdən çıxmayın”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Meteorologiya Xidmətinin günlər əvvəl etdiyi qar xəbərdarlığının sonra İstanbulda qış şərtləri təsirli olmağa başlayıb.

Sabahdan başlayaraq sulu qar və güclü qar yağacaq.

Rəsmi məlumatlara görə, şəhərə yağan qarın güclü olacağı və 6 gün davam edəcəyi bildirilib.

Meteoroloq professor Orhan Şen İstanbulda gözlənilən qar ilə bağlı qiymətləndirmə apararaq vətəndaşlara xəbərdarlıq edib.

O, xüsusilə cümə və şənbə günlərinə diqqət çəkib: “Evdən çıxmasanız, yaxşı olar, mümkün qədər evdə qalın”.

Orhan Şen məktəblərin bağlanmasının vacib olduğunu da vurğulayıb: “Şərait məktəb avtobuslarının hərəkəti üçün çox uyğun deyil”./